Azərbaycan Avropa Oyunlarına daha bir lisenziya qazandı
11 aprel 2019 09:11 (UTC +04:00)

Azərbaycan Avropa Oyunlarına daha bir lisenziya qazandı

İdman gimnastikası üzrə Avropa çempionatında çoxnövçülük yarışlarının təsnifat mərhələsi başa çatıb. 
 
ONA-nın məlumatına görə, Polşada təşkil olunan yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. 
 
Təmsilçilərimiz arasında ən yaxşı nəticəni İvan Tixonov göstərib. O, 6 hərəkətin cəmində 79,198 xal yığıb və təsnifat mərhələsində 23-cü yeri tutub. 
 
Bu, ona finala yüksəlmək üçün kifayət edib. Gimnastımızın həlledici mərhələyə yüksəlməsi II Avropa Oyunlarında lisenziyanı da rəsmiləşdirib. Final mərhələsi aprelin 12-də olacaq.
 
Digər gimnastımız Murad Ağarzayev isə 72,598 xalla 62-ci yerlə kifayətlənib. 
 
Qeyd edək ki, Tixonovun Minsk-2019 üçün Azərbaycan millisinin 86-cı lisenziyasına sahib olub.
# 568
avatar

Oxşar yazılar