Sərbəst güləş üzrə Azərbaycan yığması Avropa üçüncüsü oldu
10 aprel 2019 22:44 (UTC +04:00)

Sərbəst güləş üzrə Azərbaycan yığması Avropa üçüncüsü oldu

 
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında sərbəst güləş yarışına yekun vurulub.
 
ONA-nın məlumatına görə, 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız ümumilikdə 145 xal toplayaraq komanda hesabında Rusiya (162) və Türkiyədən (156) sonra 3-cü yeri tutub.
 
Millimizə xalları 8 güləşçi qazandırıb. Komandamızın hesabına çempionlar - Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov hərəyə 25, gümüş medalçı Ağahüseyn Mustafayev 20, bürünc medalçılar - Mahir Əmiraslanovla Nurməhəmməd Hacıyev hərəyə 15, beşinci yerlə kifayətlənən Hacımurad Hacıyev və Murad Süleymanov isə hərəyə 10 xal yazdırıb.
# 846
avatar

Oxşar yazılar