Baş rolun ifaçısı məşhur serialdan getdi : “Pullar hara gedir?” - QALMAQAL

İctimai televiziyada yayımlanan “Dağıntılar altında” serialında əsas rollardan biri olan Şahmarı oynayan aktyor Səmimi Fərhad serialdan çıxıb.
Aktyor  Lent.az-a verdiyi açıqlamada bildirib ki, serialdan getmə səbəbi ona vəd olunan qonorarın vaxtlı-vaxtında ödənməməsidir: “Bir aktyor sevdiyi obrazından, məsuliyyətlə və sevə-sevə çalışdığı seriyaldan niyə çıxsın ki? Yalnız və yalnız həmişə olduğu kimi, maaşların vaxtlı vaxtında verilməməsinə görə.
Bu hal mütəmadi təkrarlandıqca mən də, belə getsə çıxacağımı açıq şəkildə bildirmişdim. Prodüsserin dediyinə görə, pulu ödəyən qurum gecikdirir. Bəs, seriallara pul ayrılması ilə bağlı ölkə başçısının sərəncamı? Hara gedir ayrılan pullar? Özümə və sənətimə dəyər verirəm, ona görə də serialı tərk etdim”. 
 

LENT

19 Aprel 2019
18 Aprel 2019

Digər xəbərlər >>>