"Formula-1": bu məşhur müğənni Bakıya gələcək
10 aprel 2019 21:49 (UTC +04:00)

"Formula-1": bu məşhur müğənni Bakıya gələcək

 
“Formula-1” üzrə Azərbaycan Qran-prisində konsert proqramı ilə çıxış edəcək ikinci əcnəbi müğənninin adı açıqlanıb. Bakı Şəhər Halqasından ONA-ya verilən məlumata görə, 27 yaşlı amerikalı Kardi B ləqəbli Belkalis Almanzar yarışla bağlı paytaxtımıza gələcək. 
 
Son illərin yaddaqalan hitlərinə imza atmış ifaçı Azərbaycan Qran-prisinin üçüncü günündə - aprelin 28-də  “Bakı Kristal Zalı”nda səhnəyə çıxacaq. 
 
Qeyd edək ki, ondan bir gün öncə "Qremmi" və "Oskar" mükafatı laureatı olan böyük britaniyalı dünya ulduzu Sam Smit azarkeşlər önünə çıxacaq.  
# 960
avatar

Oxşar yazılar