[b]Akşener Yıldırımın parlament sədri olmasını istəyir[/b]
10 aprel 2019 19:22 (UTC +04:00)

[b]Akşener Yıldırımın parlament sədri olmasını istəyir[/b]

Bu gün CHP sədri Kamal Kılıçdaroğlu ilə İYİ Partiyanın lideri Meral Akşener yenidən bir araya gəliblər. 
 
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə İstanbuldakı seçki gərginliyindən çıxış yolu ilə bağlı müzakirələr aparılıb.
 
Görüşdən sonra hər iki partiya sədrinin birgə mətbuat konfransı olub. 
 
Konfransda İYİ Partiya lideri Meral Akşener prezident Ərdoğana maraqlı təkliflə çağırış edib. O, Türkiyə Böyük Millət Məclisinə yeni sədr seçkilərinin keçirilməsinin istəyib: "Cənab Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopu dərhal istefaya göndər, yerinə Binəli Yıldırımın namizədliyini irəli sürün. Biz də ona səs verərik", - deyə Akşener vurğulayıb.
# 850
avatar

Oxşar yazılar