Whatsapp iPad üçün versiyasını təqdim edəcək
10 aprel 2019 19:15 (UTC +04:00)

Whatsapp iPad üçün versiyasını təqdim edəcək

Whatsapp dünyanın ən məşhur tətbiqlərindən biridir və gün ərzində milyardlarla insan öz aralarında mesajlaşmaq üçün həmin tətbiqdən istifadə edir.

Lent.az technote-a istinadla xəbər verir ki, lakin hələ də bu messencerin iPad planşetləri üçün versiyası olmayıb.

Whatsapp tərtibatçıları bu vəziyyəti düzəltməyi qərara alıblar. Messencerin sahibi olan Facebook şirkəti bu məlumata rəsmi olaraq fikir bildirməyib.

Mənbənin verdiyi məlumata görə isə iPad üçün hazırlanan Whatsapp versiyası xüsusi planşet interfeysinə sahib olacaq və messencerdə paralel olaraq bir neçə çatdan istifadə etmək mümkün olacaq.

Digər özəlliklər baxımından o, iPhone üçün olan Whatsapp-dan heç nə ilə fərqlənməyəcək. Messencerin iPad üçün olan versiyasının nə zaman təqdim olunacağı barəsinə bir məlumat yoxdur.

Ehtimal var ki, həmin versiya messencerin növbəti qlobal yenilənməsi ilə birlikdə təqdim olunsun.

# 831
avatar

Oxşar yazılar