[b]Sahibkarlıq sahəsində gömrük auditi bərpa ediləcək[/b]
10 aprel 2019 16:55 (UTC +04:00)

[b]Sahibkarlıq sahəsində gömrük auditi bərpa ediləcək[/b]

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. 
 
ONA-nın məlumatına görə, qanuna əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.  
 
Fərmanın müddəaları isə indiyə qədər vergi yoxlamalarına, bu dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalara şamil edilməyib.
Dəyişikliyə əsasən, bu sıraya gömrük auditi də daxil edilib. 
# 798
avatar

Oxşar yazılar