AÇ-2019: İrina Netreba yarımfinalda
10 aprel 2019 15:35 (UTC +04:00)

AÇ-2019: İrina Netreba yarımfinalda

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.
 
ONA-nın məlumatına görə, yarışın 3-cü günündə qadın güləşçilər mübarizəyə başlayıb. 
 
Türkan Nəsirova (50 kq) və Elmira Qəmbərova (59 kq) gərgin keçən görüşlərdə müvafiq olaraq Ukrayna və Rusiya təmsilçilərinə məğlub olub.
Dünya 3-cüsü İrina Netreba bu dəfə gücünü 68 kq-da sınayıb. Debütdə sonuncu xal prinsipinə əsasən belaruslu rəqibinə qalib gələn yığmamızın üzvü 1/4 finalda Bolqarıstan güləşçisini minimal fərqlə üstələyərək, adını yarımfinala yazdırıb. 
 
Ötən il Avropa çempionatında bürünc medal qazanan Səbirə Əliyeva startda Belarus idmançısı üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra macar həmkarıyla bacarmayıb. 
 
Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.
# 684
avatar

Oxşar yazılar