[b]Azərbaycan millisinin futbolçusu Türkiyə yığmasına çağırılır?[/b]
10 aprel 2019 13:25 (UTC +04:00)

[b]Azərbaycan millisinin futbolçusu Türkiyə yığmasına çağırılır?[/b]

Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Murad Cem Akpinar Azərbaycan millisindən imtina edə bilər. 
 
ONA-nın məlumatına görə, yığmamızın milliləşdirdiyi 20 yaşlı yarımmüdafiəçinin doğma ölkəsinin şərəfini qorumaq variantı yaranıb.
 
Buna Şenol Günəşin Türkiyə millisinin “sükanı arxasına” keçməsi səbəb olub. “Trabzonspor”un gənc futbolçusunun oyununa bələd olan mütəxəssis onun aşağı yaş üzrə yığmalara çağırılması ilə bağlı göstəriş verəcək. Bu, yeniyetmə və gənclərdən ibarət komandaların baş məşqçilərinin təyinatından sonra reallaşacaq. Həmin mütəxəssisləri isə iyunda rəsmi fəaliyyətə başladıqdan sonra Ş.Günəş seçəcək. 
# 639
avatar

Oxşar yazılar