“Aztelefilm” və “Sabah” AzTV-nin ənənələrini bərpa edəcək
10 aprel 2019 13:18 (UTC +04:00)

“Aztelefilm” və “Sabah” AzTV-nin ənənələrini bərpa edəcək

“Azərbaycantelefilm” yeni layihələrə start verir. 

Telefilmin yeni təyin olunmuş direktoru rejissor Ramiz Həsənoğlunun Lent.az-a verdiyi açıqlamaya görə, Azərbaycan televiziyası yaxşı ənənələrini bərpa edir:

“ Yeni ildə, Novruzda əvvəlki illərdə olduğu kimi, yeni tamaşa və verilişlərlə efiri təzələmək fikrindəyik. Elçin Əfəndiyevin “Gül dedi bülbülə” hekayəsinin televiziya tamaşasını hazırlamağı planlaşdırırıq. Məzəli hekayədir, Elçin müəllim ona bir az yeni il motivləri də qatacaq”.  

 

Onu da deyək ki, bu tamaşa üzərində Ramiz Həsənoğlu ilə Şərif Qurbanəliyev birlikdə işləyəcəklər. Ustad öz yetirməsi ilə işləyəcəyini belə əsaslandırır:

“Çiyin-çiyinə görülən iş daha maraqlı və effektli olur”.

 

Şərif Qurbanəliyevin baş redaktor təyin edildiyi “Sabah”  Yaradıcılıq studiyasında isə Dilsuzun “Mobil telefon” hekayəsi əsasında tamaşa hazırlanacaq.

Ramiz Həsənoğlu tamaşanın prodüsseridir:

“Əsl bizim malımızdır, fantastik komediya janrında tamaşa olacaq”- deyir. 

Hər iki tamaşada rol alacaq aktyorlar prodüsserin dediyinə görə, rejissorun ürəyindən, tamaşaçının qəlbindən keçən aktyorlar olacaq. Yəni Afaq xanım və Cahangir Novruzov kimi.

# 1154
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar