Yığma komandamız Sloveniyaya səfər edəcək
10 aprel 2019 12:16 (UTC +04:00)

Yığma komandamız Sloveniyaya səfər edəcək

Yelkənli İdman Federasiyasının yığma komandası aprelin 18-22 si tarixlərində Optimist və Laser sinifləri üzrə keçirləcək “32-th Izola Spring Cup” və “Easter Regata” yarışlarında iştirak üçün Sloveniyaya səfər edəcək. 
 
Federasiyadan Lent.az-a verilən məlumata görə, yelkənçilərimiz yarışlara başlamazdan əvvəl 14-18 aprel tarixlərində beynəlxalq səviyyəli məşqçi Draqan Gasicin rəhbərliyi ilə təlim məşqlərdə iştirak edəcəklər. 
 
14 ölkədən 447 idmançının qatılacağı yarışlar eyni zamanda Avropa çempionatına hazırlıq məqsədi daşıyır.
 
Azərbaycanı yarışlarda Optimist sinfi üzrə yelkənçilərimiz Ayla Babayeva, Fidan Ağazadə, Kristina Kərimova, Murad Hacı-zadə, Murad İsmayılov, Səxavət Əzimov, Laser sinfi üzrə Murad Allahverdi və İsmayıl Kərimov, heyətin rəhbəri Burcu Algon Giorgianni, “Optimist” sinfi üzrə baş məşqçi Seyhun Yıldız, “Laser” sinfi üzrə məşqçi Tuğçə Subaşı, köməkçi məşqçi Anton Vilyayev  təmsil edəcəklər.
 
 
# 711
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar