<b>"İt hürər, Afətlə Şəbnəm "qalik" sürər" - <span style="color:red;">Afətdən Samirə CAVAB  - VİDEO</b>
10 aprel 2019 11:00 (UTC +04:00)

"İt hürər, Afətlə Şəbnəm "qalik" sürər" - Afətdən Samirə CAVAB - VİDEO

Müğənni Samir Cavadzadənin söylədiyi  “Onlar yaxşı insan olsaydılar, Azərbaycan musiqisini korlamazdılar” sözləri cavabsız qalmayıb.

 

Lent.az-ın məlumatına görə, ona ilk cavab müğənni Afət Fərmanqızından gəlib. O, instaqram səhifəsində video paylaşaraq, Samirə belə cavab verib:  “İt əl çəkir, motal əl çəkmir. Afət neçə gündür cavab vermir, instaqram sönüb. Bir nəfərin adını çəkmirəm, çünki o da ad çəkməyib. Deyir ki, biz Azərbaycan musiqisini korlayırıq. Əvvəlcə sən Azərbaycan dilində oxumağı öyrən, ingilis dilində bir mahnı ulamısan. O da oxumaq demək deyil. Sənin bu mövzuda söz deməyə haqqın çatmır. Sən və mən gəl, xalqın içərisinə çıxaq, əgər sənin bir mahnının adını bilsələr, onda mən oxumayacam”.

 

Afət daha sonra “İt hürər, Afət və Şəbnəm “qalik” sürər” fikrini yazıb.

 

Qeyd edək ki, Samir Cavadzadə axşam.az-a açıqlamasında bu sözləri demişdi:

“Neçə vaxtdır ki, bunu demək istəyirəm. “Yaxşı oğlan” meyarı sənət demək deyil. Zənnimcə, bu, belədir.

Birinin sənəti yoxdur, amma hamı deyir ki, “yaxşı insan”dır, “yaxşı qız”dır, “yaxşı oğlan”dır, gəlin onu tənqid etməyək. Bu, düzgün deyil. Onları müdafiə edənlərə demək istəyirəm ki, həmin şəxslər yaxşı insan olsaydılar, Azərbaycan mədəniyyətini, musiqisini korlayıb, bu günə qoymazdılar”.

 

# 1130
avatar

Yalçın UĞUR

Oxşar yazılar