[b] Facebook kriptovalyutasını yaradır[/b]
09 aprel 2019 19:50 (UTC +04:00)

[b] Facebook kriptovalyutasını yaradır[/b]

 Facebook şirkəti vençur investorların vəsaitləri hesabına özünün kriptovalyutasını istifadəyə verməyi planlaşdırır.
 
Lent.az-ın technote-a istinadən verdiyi məlumata əsasən, bunun üçün şirkətə 1 milyard dollar investisiya lazım olacaq.
 
İnvestorların vəsaitlərindən Facebook şirkəti öz kriptovalyutasının zəmanəti üçün istifadə etmək istəyir. Kriptovalyutanın məzənnəsi isə bank hesablarında olan xarici valyutalara birləşdiriləcək.
 
Məlumata görə, şirkət özünün kriptovalyuta layihəsini desentrəlizə və yalnız Facebook-un idarəsində olmayan kimi təqdim etmək üçün xarici investorları cəlb etmək istəyir.
 
Qeyd edək ki, Facebook-un öz kriptovalyutasını yaratmaq planı hələ keçən ilin dekabr ayında ortaya çıxmışdı. Həmin vaxtda Bloomberg saytının mənbələri bildirmişdilər ki, Facebook öz kriptovalyutasından Whatsapp-da pul köçürmələrini reallaşdırmaq üçün istifadə edəcək və həmin kriptovalyuta ABŞ dollarına birləşdiriləcək.
# 546
avatar

Oxşar yazılar