[b]28 saniyəlik konsert[/b]
09 aprel 2019 19:29 (UTC +04:00)

[b]28 saniyəlik konsert[/b]

Amerikalı reper Ar Kelli konsert verib. 
 
Onun konserti 28 saniyə çəkib. Belə ki, ifaçı konsert zamanı yalnız mahnılarından birini 28 saniyə züm-zümə edib.
 
O, daha sonra izləyiciləri ilə söhbətləşməyə və rəqs etməyə başlayıb.
 
Qeyd edək ki, reper fevral ayında 1990-cı ildən 2000-ci ilədək dörd qadını cinsi istismar etdiyinə görə ittiham edilib. Bu qızların üçünün həddi-buluğa çatmaması onun 900 min dollar cərimə ödəməsinə səbəb olub. O, 100 min dollar ödəyərək, zaminliyə çıxıb.
 
2017-ci ildə isə “BuzzFeed”in yaydığı məlumatlarda Kellinin qızların həyatına, geyimlərinə, yuxu saatlarına müdaxilə etdiyi ortaya çıxıb.
 
2018-ci ildə isə Kelli yenidən 14 yaşlı bir qızı cinsi istismar etdiyinə görə ittiham edilib.
 
Reperin eks-sevgililərindən biri 2011-ci ildən indiyədək Kelli ilə onun “seks zindanı”nda 10 dəfə sekslə məşğul olmağa məcbur edildiyini deyib.
 
axşam.az
# 831
avatar

Oxşar yazılar