Komanda 8 oyun qalib gələ bilmədi - Baş məşqçi QOVULDU
09 aprel 2019 16:34 (UTC +04:00)

Komanda 8 oyun qalib gələ bilmədi - Baş məşqçi QOVULDU

İtaliyanın “Fiorentina” klubunun baş məşqçisi Stefano Pioli istefaya göndərilib.
 
ONA-nın İtaliya mətbuatına istinadən məlumatına görə, 2017-ci ilin iyunundan Florensiya təmsilçisinə rəhbərlik edən mütəxəssis bu postda 22 ay çalışıb.
 
“Fiorentina” A seriyasında 10-cu pillədə qərarlaşıb. Lakin komanda 8 oyundur qələbə qazana bilmir. Hesabat turunda isə florensiyalılar evdə “Frozinone”yə uduzublar – 0:1.
 
Qeyd edək ki, baş məşqçinin istefaya göndərilməsindən sonra komanda Emiliano Biqikaya tapşırılıb.
O, indiyədək klubun gənclərdən ibarət komandasına rəhbərlik edirdi.
# 639
avatar

Oxşar yazılar