[b]Bu stadionun adı dəyişdirildi[/b]
09 aprel 2019 15:23 (UTC +04:00)

[b]Bu stadionun adı dəyişdirildi[/b]

“Səbail” Peşəkar Futbol Klubunun ev oyunlarını keçirdiyi “Bayıl Arena”nın adı dəyişdirilir. 
 
Lent.az klubun saytına istinadən bildirir ki, stadion fəaliyyətini bundan sonra “ASCO Arena” adı ilə davam etdirəcək.
 
Bununla bağlı “Səbail” PFK, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) arasında müvafiq razılıq əldə olunub.
 
Razılaşma ilkin olaraq iki il müddəti əhatə edəcək.
# 739
avatar

Oxşar yazılar