<b><span style="color:red;">İstanbulda seçki : AKP-nin istəyi tam təmin edilmədi</b>
09 aprel 2019 10:07 (UTC +04:00)

İstanbulda seçki: AKP-nin istəyi tam təmin edilmədi

Türkiyədə İstanbullla bağlı AKP-nin (hakim partiya) yenidən sayılma ilə bağlı verdiyi  etiraz təmin edilməyib.

Lent.az-ın sözcü.com.tr-yə istinadən məlumatına görə, hakim partiya Yüksək Seçim Quruluna (YSK) 31 qəsəbədə yenidən səs sayımının həyata keçirilməsi ilə bağlı müraciət edib.

YSK AKP-in bu etirazını təmin etməyib. Lakin digər 21 qəsəbədə yenidən sayım prosesi gedib.

Təxminən 14 saat davam edən iclasda 21 qəsəbədə 51 seçki məntəqəsinin səsləri yenidən sayılıb.

Qeyd edək ki, son məlumata görə, CHP namizədi Əkrəm İmamoğlu AKP namizədi Binəli Yıldırım arasında səs fərqi 15 minə yaxındır.

# 665
avatar

Səlcuq Elçin

Oxşar yazılar