<b>Brilliant Dadaşova məktəb direktorunu<span style="color:red;"> TƏNQİD ETDİ</b>
09 aprel 2019 10:13 (UTC +04:00)

Brilliant Dadaşova məktəb direktorunu TƏNQİD ETDİ

Xalq artisti Brilliant Dadaşova 162 saylı tam orta məktəbin direktoru vəzifəsindən azad edilən Sevinc Abbasovanı tənqid edib.

 

Lent.az-ın məlumatına görə, müğənni sözügedən məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı təhqiramiz ifadələr işlədən direktor barədə bu sözləri deyib:

 

“Müəllim, sizə ayıb olsun. Atam Süleyman Dadaşov da pedaqoq idi və biz ondan ailələrdə mövcud çətinliklərin təsirini çox eşitmişdik. Bir şagirdin ailəsində problem varsa, deməli, siz o uşağa daha çox diqqət ayırmalı idiniz, digər tərəfdən Elinanın anası ikinci dəfə ailə qurubsa, bu, əsla pozğunluq deyil. Buna görə o uşaq həyatı bahasına hesab verməməli idi. Təəssüf edirəm, siz elementar insani keyfiyyətlərdən belə məhrumsunuz, qalsın ki, müqəddəs müəllim həssaslığı”.

 

Qeyd edək ki, Sevinc Abbasova Elina ilə bağlı bu sözləri demişdi: “Yazın ki, pozğun, uğursuz ailənin uşağıdır. Valideyn ikinci dəfə ərə gedib, balaca uşaqları var və bununla maraqlanmayıb”.

 

 

 

# 923
avatar

Yalçın UĞUR

Oxşar yazılar