<b>“Mançester Siti” <span style="color:red;">FİNALDA  bu komanda ilə oynayacaq</b>
08 aprel 2019 20:45 (UTC +04:00)

“Mançester Siti” FİNALDA bu komanda ilə oynayacaq

Futbol üzrə İngiltərə Federasiya kubokunun hər iki finalçısının adına aydınlıq gəlib.
 
Lent.az komanda.az-a istinadən xəbər verir ki, sonuncu yarımfinal matçında “Uotford” “Vulverhempton”la üz-üzə gəlib.
 
Beş qolun qeydə alındığı qarşılaşmanın əsas vaxtı 2:2 hesabıyla başa çatıb. “Vulverhempton” 36 və 62-ci dəqiqələrdə vurduğu qollarla böyük üstünlük əldə etməsinə baxmayaraq, bunu əldən verib. 79-cu dəqiqədə hesab arasındakı fərqi azaldan “Uotford” 90-cı dəqiqədə də penaltidən vurulan qolla matçın əlavə vaxta getməsinə nail olub. Əlavə vaxtda (104-cü dəqiqə) daha bir qol vuran “Uotford” həlledici oyuna vəsiqə qazanıb.
 
Digər yarımfinal matçında “Mançester Siti” “Brayton”a minimal hesabla qalib gəlib.
 
Beləliklə, mayın 18-də baş tutacaq həlledici qarşılaşmada “Mançester Siti” ilə “Uotford” üz-üzə gələcək.
 
İngiltərə Federasiya kuboku, yarımfinal
 
6 aprel
 
Mançester Siti – Brayton 1:0
 
7 aprel
 
Uotford – Vulverhempton 3:2
# 940
avatar

Oxşar yazılar