[b]İslam Həmrəyliyi İdman Federasiyasının YENİ PREZİDENTİ bu şəxs olacaq[/b]
08 aprel 2019 16:38 (UTC +04:00)

[b]İslam Həmrəyliyi İdman Federasiyasının YENİ PREZİDENTİ bu şəxs olacaq[/b]

Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Baş Assambleyasının iclası keçirilib.
 
ONA-nın məlumatına görə, tədbir çərçivəsində İHİF-ə prezident seçkiləri baş tutub. 
 
Qurumun İcraiyyə Komitəsi yekdilliklə şahzadə Abdulaziz bin Turki Alfaisalın rəhbər olmasına səs verib. O, növbəti 4 il üçün İHİF-in prezidenti vəzifəsini icra edəcək. 
Tədbirdə 2021-ci il İslam Həmrəylik Oyunlarının keçirilməsinə dair müzakirələr aparılıb.
 
Qeyd edək ki, Assambleyada Azərbaycanı Milli Olimpiya Komitəsinin, eyni zamanda İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə təmsil edib. Həmçinin Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov və MOK-un marketinq şöbəsinin rəisi Mehman Kərimov da səfərə yollanan heyətdə yer alıb.
# 695
avatar

Oxşar yazılar