[b]Ərdoğan Moskvada: ÖNƏMLİ AÇIQLAMALAR[/b]
08 aprel 2019 16:29 (UTC +04:00)

[b]Ərdoğan Moskvada: ÖNƏMLİ AÇIQLAMALAR[/b]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfəri çərçivəsində Rusiya Dövlət Başçısı Vladimir Putinlə bir araya gəlib. 
 
Lent.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Ərdoğan görüş öncəsi Türkiyə ilə Rusiya arasında siyasi, hərbi, ticari və mədəni sahələrdə strateji danışıqların olacağını söyləyib.
 
O, qeyd edib ki, ikitərəfli danışıqlarda gələcək perspektivləri hədəfləyən 3 müqavilə imzalanacaq: 
 
“Hədəfimiz, daha əvvəl təyin etdiyimiz 100 milyard dollarlıq müqaviləyə doğru getməkdir”. 
 
Qeyd edək ki, görüşdə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu, Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönmez, Xəzinə və Maliyyə naziri Berat Albayrak, Milli Müdafiə naziri Hulusi Akar və Ticarət naziri Ruhsar Pekcan da iştirak edib.
 
# 688
avatar

Oxşar yazılar