"Space” TV ilə bağlı <span style="color:red;">QALMAQAL  davam edir: müğənniyə <span style="color:red;">EFİR QADAĞASI
08 aprel 2019 10:37 (UTC +04:00)

"Space” TV ilə bağlı QALMAQAL davam edir: müğənniyə EFİR QADAĞASI

Bu gündən müğənni Rüfət Axundova efir qadağası tətbiq ediləcək.
 
ONA-nın xəbərinə görə, Milli Televiziya və Radio Şurası (MTRŞ) müğənniyə efir qadağasının tətbiq edilməsi ilə bağlı telekanallara şifahi xəbərdarlıq edəcək. 
 
MTRŞ-nın apardığı monitorinq nəticəsində məlum olub ki, müğənni Rəşad İlyasov efirdə R. Axundovla birgə mahnı ifa etməsinə baxmayaraq, ədəbsiz ifadələr işlətməyib.
Qeyd edək ki, aprelin 5-də "Space” TV-nin "Hər səhər" verilişində müğənni Rüfət Axundov mahnı ifa edərkən efirdə ədəbsiz ifadələr işlədib. 
 
MTRŞ buna görə "Space" TV-ni cərimələyib. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq telekanalın 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib olunub, qərar qəbul edilib, iş məhkəməyə göndərilib.
# 1593
avatar

Oxşar yazılar