<b>Röyadan Natavan Həbibiyə <span style="color:red;">BARIŞIQ JESTİ  - FOTO</b>
08 aprel 2019 09:34 (UTC +04:00)

Röyadan Natavan Həbibiyə BARIŞIQ JESTİ - FOTO

Əməkdar artist Röya Ayxan illərdir küsülü olduğu həmkarı Natavan Həbibiyə barışıq jesti edib. Lent.az-ın məlumatına görə, R.Ayxan həmkarının “Qısqana-qısqana” mahnısını öz instaqram səhifəsində paylaşıb. Onun bu addımına bir çoxları “Barışdınız?” şərhini qeyd edib. Müğənni isə sualları cavabsız qoyub.

 

Qeyd edək ki, Röya bundan öncəki açıqlamasında Elnarə və Natavanın ona həmişə "çuşka" dediyini bildirmişdi:

"Həmişə "W-trio" vaxtı qızlar məni "prikol"a tuturdular. İngilis dilini bilmirdim, deyirdilər "çuşka"san, sən pul qazanmaq üçün toyxanalarda oxuyacaqsan. Deyirdilər ki, aşıq olacaqsan... (gülür) O vaxtlar həmişə evə pul aparmağa çalışırdım. Bu çox gözəl stimul idi. İndi onlar inciməsinlər, hər şey dəyişdi. Elnarənin, Natavanın geyimlərinə baxıram, deyirəm ay... İngilis dilini bilməklə deyil ki?"


 

Natavan isə ona cavab olaraq bu sözləri demişdi: "Elə indi də ona elə deyirik. Nə bilim, məntiqi başa düşmədim. Bəzəyib danışırlar. Demişiksə də, əcəb etmişik. Bizim aramızda o qədər zarafatlarımız olub ki, hamısını bir-bir açıqlasaq... Həmişə hamı yüksəkdə olsun. Biz bir-birimiz üçün heç vaxt ulduz ola bilmərik, bir yerdə böyüyən uşaqlarıq. Çox güldüm. Hamımız bir-birimizə çox şeylər deyirdik. Ona isə lap çox söz deyirdik. Dünəndən o günlər çox yadıma düşüb. İndi bir-birimizi görmürük, hərənin öz işi, ətrafı var".

# 923
avatar

Yalçın UĞUR

Oxşar yazılar