Təyyarə qəzalı vəziyyətdə eniş etdi
08 aprel 2019 08:56 (UTC +04:00)

Təyyarə qəzalı vəziyyətdə eniş etdi

Cathay Dragon avia şirkətinə məxsus təyyarə mühərrikin tüstülənməsi ucbatından məcburi Tayvanda enib. 
 
ONA TASS-a istinadən xəbər verir ki, 317 sərnişini olan təyyarə Qonkonqa uçuş həyata keçirib. 
 
Tayvanın Qaosyun şəhərinin hava limanından göyə qalxan təyyarənin sağ mühərrikində tüstülənmə əmələ gəlib.
Pilotlar dəniz üzərində təyyarənin yanacağını buraxıb onu hava limanına endirə biliblər. 
 
Hadisənin quş sürüsü ilə toqquşmadan baş verməsi ehtimal olunur.     
# 528
avatar

Oxşar yazılar