"Mahirin atasının yazdıqlarına fikir vermirəm" - Qurban Qurbanov
07 aprel 2019 20:06 (UTC +04:00)

"Mahirin atasının yazdıqlarına fikir vermirəm" - Qurban Qurbanov

“Eşitmişəm ki, Mahirin atası azarkeşlərin oğlunun yersiz tənqid etməsi haqda sosial şəbəkədə yazıb. Ancaq buna fikir vermirəm”.
 
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Topaz Premyer Liqanın 23-cü turunda bu gün “Qəbələ”yə qalib gəldikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandıran çalışdırıcı futbolçusunun sırf öz oyununa fikir verməli olduğunu bildirib:
 
“Mən futbolçunu kökləməliyəm. İstəməzdim ki, belə bir yazı olsun. Mahir öz oyunu və intizamı ilə azarkeşlərin rəğbətini qazanmalıdır”.
 
Qeyd edək ki, Mahirin atası Anar Mədətov oğlunun ötən tur "Sumqayıt"a iki qol vurduğu oyundan sonra  sosial şəbəkə hesabında azarkeşlərə üzünü tutaraq "Mahir vura bilməyəndə, bilmirsiz nə edəsiz. Bu gün 2 qol vurdu, bu da sizə cavab. Mahir özünün yaxşı futbolçu olduğunu göstərdi” yazmışdı. 
 
(qol.az)
# 955
avatar

Oxşar yazılar