<b>Millimizin forvardına <span style="color:red;">3 xarici klubdan təklif gəldi </b>
06 aprel 2019 19:59 (UTC +04:00)

Millimizin forvardına 3 xarici klubdan təklif gəldi

Bu gün Hannes Halldrossonla müqaviləyə xitam verən «Qarabağ» daha bir futbolçusu ilə yollarını ayırmaq niyyətindədi.
 
Qurban Qurbanov, nəhayət ki, Mahir Mədətovun satılmasına razılıq verib.
 
Baş məşqçi uzun müddətdi azarkeşlərin rəğbətini itirən hücumçuya yeni komanda tapılmasını istəyib. Qışda AEK-dən gələn təklifi geri çevirən ağdamlılar müştəri tapmaqda çətinliklə üzləşməyib.
 
Yenə də Super Liqadan. Amma Yunanıstan yox, Türkiyə Super Liqasından.
 
Millimizin forvardı birdən-birə 3 kluba təklif olunub. bunlar «Antalyaspor», «Alanyaspor» və «Ankaragücü»dü. 
(Sportinfo.az).
# 1143
avatar

Oxşar yazılar