Qırıcı özü-özünü vurdu -
06 aprel 2019 17:11 (UTC +04:00)

Qırıcı özü-özünü vurdu -

Niderland Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısına Leuvarden hərbi bazasında təlimlər zamanı ciddi ziyan dəyib.
 
Məlumata görə, təlimdə iki qırıcı təyyarə atəş açıb. Onlardan biri öz atəşindən ziyan görüb. Təyyarənin gövdəsi zədələnib, silahın hissələri isə mühərrikə düşüb.
 
Hadisədə xəsarət alan olmayıb. Pilot ciddi ziyan görmüş qırıcını hərbi poliqona endirə bilib.
(Trend)
# 672
avatar

Oxşar yazılar