<b>43 milyon il əvvələ aid <span style="color:red;">DÖRDAYAQLI BALİNA  skleti tapıldı</b>
06 aprel 2019 17:36 (UTC +04:00)

43 milyon il əvvələ aid DÖRDAYAQLI BALİNA skleti tapıldı

Peruda 43 milyon il əvvələ aid  dörd ayaqlı, ayaqları pərdəli olan dırnaqlı balina skleti tapılıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, paleontoloqlar, dəniz məməlisinin  bədəninin dörd metr uzunluğunda olduğunu,  ayaqları ilə həm üzüb, həm də quruda gəzə bildiyini iddia edirlər.

Bədən ağırlığını daşıyan  dörd ayaqları və qüvvətli quyruğu ilə bu yarı su balinası, su samuru və  qunduza bənzədilir.

Tədqiqatçılar tapılan skletin balinaların inkişafı və necə yayıldıqlarına aydınlıq gətirəcəyini düşünürlər.

Eyni zamanda, skletin Peruda tapılmasının maraq doğurduğu bildirilir.

Çünki elm adamları balinların  təxminən 50 il əvvəl Cənubi Asiyada təkamül keçirdiyi fikrini irəli sürüb.

# 744
avatar

Aygün İbrahimli

Oxşar yazılar