[b]2 rəsmi oyunda qələbə - 6 saat ərzində [/b]
06 aprel 2019 15:13 (UTC +04:00)

[b]2 rəsmi oyunda qələbə - 6 saat ərzində [/b]

Yurgen Kloppla (Liverpool) Xosep Qvardiola (Manchester City) ağır təqvimdən şikayət edirlərsə, Venesuelanın Deportivo Lara komandasının baş məşqçisi Leonardo Qonzales nə etsin? 
 
Lent.az goal.az-a istinadən xəbər verir ki, Deportivo Lara 6 saat ərzində 2 rəsmi qarşılaşmaya çıxmalı olub.
 
Klub rəhbərliyi Libertadores kubokundan bir gün əvvəl çempionatda oyuna çıxmalı imiş. Federasiya rəhbərliyinə müraciət edilsə də, çempionat oyunu təxirə salınmayıb.
 
Məcburiyyət qarşısında qalan komanda əvvəlcə səfərdə Laneros-la çempionat oyununa çıxıb və 3:2 hesabı ilə qalib gəlib. Bundan sonra komanda təyyarə ilə evə qayıdıb.
 
Və bir neçə saatdan sonra isə Libertadores kubokunda Argentinanın Urakan komandası ilə oyuna çıxıblar. Deportivo Lara bu qarşılaşmadan da qalib ayrılıb – 2:1.
# 655
avatar

Oxşar yazılar