PSJ-dən bu qapıçıya təklif - İlinə 25 milyon avro
06 aprel 2019 13:46 (UTC +04:00)

PSJ-dən bu qapıçıya təklif - İlinə 25 milyon avro

 
Manchester United-in yeni müqavilə imzalamaq üçün danışıqlar apardığı qapıçısı David de Xea üçün Fransa klubu hərəkətə keçib.
 
Lent.az goal.az-a istinadla xəbər verir ki, bu barədə məlumat İngiltərə mətbuatnda dərc edilib.
 
PSG, ispan qapıçıya illik məvacibi 25 milyon avro olmaqla, 4 illik müqavilə təklif edib.
 
28 yaşlı qolkiperin istədiyi məvacibi ödəməsinə baxmayaraq, Paris təmsilçisinin təklifinə müsbət yanaşmadığı bildirilir.
 
Bu mövsüm “qırmızı şeytanlar”ın heyətində 39 oyunda iştirak edən de Xea, 10 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.
# 653
avatar

Oxşar yazılar