Kartof idxalına gömrük rüsumu tətbiq edildi - <b>1 kiloqrama 1 dollar </b>
06 aprel 2019 13:32 (UTC +04:00)

Kartof idxalına gömrük rüsumu tətbiq edildi - 1 kiloqrama 1 dollar

Təzə və ya soyudulmuş kartofun Azərbaycana idxalına gömrük rüsumu tətbiq edilib.
 
ONA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac  gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.
 
Qüvvədə olan qərara əsasən hər il mart, aprel, may, sentyabr, oktyabr və noyabr ayları üzrə təzə və ya soyudulmuş kartofun idxalı gömrük rüsumundan azaddır. Digər aylarda isə kartofun gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu tətbiq olunub.
 
Dəyişikliyə əsasən, 2019-cu il aprelin 30-dək təzə və ya soyudulmuş kartofun 1 kiloqramına 1 dollar idxal gömrük rüsumu tətbiq olunacaq.
# 918
avatar

Oxşar yazılar