Gürcüstanın müdafiə nazirinin təklifinə <span style="color:red;">DİN XADİMLƏRİNDƏN ETİRAZ
05 aprel 2019 19:48 (UTC +04:00)

Gürcüstanın müdafiə nazirinin təklifinə DİN XADİMLƏRİNDƏN ETİRAZ

Gürcüstanın müdafiə naziri Levan İzoriya parlamentdəki çıxışı zamanı din xadimlərinin hərbi xidmətə cəlb olunması ilə bağlı təklif irəli sürüb.
 
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, nazirin alternativ təklifi dini icmalar tərəfindən etirazla qarşılanıb.
 
 L.İzoriya qeyd edib ki, bir sıra din xadimləri ölkə qanunvericiliyində əks olunmuş dini etiqad azadlığından istifadə edərək həqiqi hərbi xidmətdən yayınmağa çalışır.
 
O, əlavə edib ki, hətta bəzi insanların özlərini din xadimi kimi qələmə verərək həqiqi hərbi xidmətdən boyun qaçırmağa çalışırlar:
 
“Bu hala dünyanın bir sıra ölkələrində rast gəlinir. Ona görə də mütləq qaydada bu insanlar din xadimi olduğunu sübut etməlidirlər. Təsdiq olunduğu halda onlar barəsində müvafiq qərar verilməlidir”.
 
Nazir həmçinin bildirib ki, din xadimləri üçün də alternativ xidmət növləri yaradılmalıdır: 
 
“Belə olan halda onlar da Vətən qarşısında hərbi borcu yerinə yetirə biləcəklər. Könüllük prinsipinə əsaslanmaqla heç bir dini ayrı-seçkiliyə yol verilməyəcək. Biz bütün sahələrdə vətəndaşların bərabərhüquqlu şərtlərdən istifadə etməsinə şərait yaratmalıyıq”.
 
Qeyd edək ki, son vaxtlar Gürcüstanda sözügedən qanun layihəsi ciddi etirazlara səbəb olub. Bu cəmiyyət tərəfindən dini ayrı-seçkilik kimi qəbul edilir.
 
# 728
avatar

Oxşar yazılar