Messi son 5 ildə cərimə zərbəsindən ən çox qol vuran futbolçudur
05 aprel 2019 20:36 (UTC +04:00)

Messi son 5 ildə cərimə zərbəsindən ən çox qol vuran futbolçudur

İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi Avropanın 5 çempionatı arasında son 5 ildə cərimə zərbəsindən ən çox qol vuran futbolçudur.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, 31 yaşlı argentinalı hücumçu son beş mövsümdə cərimə zərbəsindən 20 qol vuraraq bu nəticə ilə birinci olub. “Yuventus”un bosniyalı yarımmüdafiəçi Miralem Pyaniç 11 qolla ikincidir. İlk üçlüyü “Yuventus”un hücumçusu Paulo Dibala 9 qolla tamamlayıb. Dördüncü və beşinci pillələrdə “Valensiya”nın yarımmüdafiəçisi Daniel Parexo (9 qol) və “Yuventus”un hücumçusu Kriştiano Ronaldo (4) qərarlaşıblar.
 
Qeyd edək ki, Lionel Messi cari mövsümdə cərimə zərbəsindən 7-i dəqiq yerinə yetirib.
# 669
avatar

Oxşar yazılar