“Mançester Siti”də itki
05 aprel 2019 20:09 (UTC +04:00)

“Mançester Siti”də itki

“Mançester Siti” ciddi itkiylə üzləşib.
 
Lent.az komanda.az-a istinadla xəbər verir ki, “şəhərlilər”in futbolçusu Oleksandr Zinçenko zədələnib.
 
Bu barədə ukraynalı sol cinah müdafiəçisi İngiltərə mətbuatına açıqlamasında deyib.
 
“Mançester Siti”nin “Kardiff Siti”ni 2:0 hesabıyla məğlub etdiyi matçda zədələnən Zinçenkonun sağalma prosesi 10 gün çəkəcək.
 
Zinçenko bu mövsüm “şəhərlilər”in heyətində 23 qarşılaşmada iştirak edib.
# 594
avatar

Oxşar yazılar