[b]İncognito həqiqətən təhlükəsizdirmi?[/b]
05 aprel 2019 19:15 (UTC +04:00)

[b]İncognito həqiqətən təhlükəsizdirmi?[/b]

İncognito pəncərəsi brauzerdə axtarış tarixçəsinin, "cookie"lərin əməliyyat bitdikdən sonar saxlanılmayan və silinən pəncərədir. Burada etdiyimiz heç bir əməliyyat pəncərini bağladıqdan sonar tarixçə yaddaşında qalmır.
 
Lent.az technote-a istinadla xəbər verir ki, bu pəncərə o qədər də təhlükəsiz deyil.
 
Əminliklə demək olar ki, incognito rejimi brauzer və ya vebsaytın dəyişə biləcəyi, izləyəcəyi, xəbərdar olacağı xüsusiyyətləri limitləşdirir, lakin bu o demək deyil ki, siz tam qorunursunuz. Bu rejimdə çıxan pop up pəncərələr incognito rejimində açılmır və həmin pop up pəncərələrin sizi izləməsi, məlumatlarınızı alıb serverə ötürməsinə əngəl olacaq sərhədi olmur. Buna scripting deyilir ki, bu xüsusiyyət ilə incognito rejiminin bütün limitlərindən yayınmaq olur. Incognito rejiminin əsas funksiyası brauzerdə olan 3-cü partiya əlavələrin sizi izləməsinin qarşısını almaqdır. Bunlar daha çox cookie`lər adlanır və cookie sizi individual olaraq izləyə bilir.
 
Incognito rejimi bəzən çox faydalı da ola bilir, xüsusilə siz ticarət və səyahət saylarını tez tez ziyarət edirsinizsə, bu rejimdən istifadə etmək məsləhətlidir. Məsələn, bəzi (hətta bir çox) səyahət saytları siz sayta daxil olduğunuz andan sizin axtarış maraqlarınızı izləyir, yadda saxlayır və növbəti dəfə yeni axtarış etdikdə sizə daha bahalı, real olmayan, şişirdilmiş, manipulyasiya edilmiş qiymətlər təqdim edirlər. Incognito rejimi isə bu kimi halların qarşısını alır və sizi izləyə biləcək elementləri bloklayaraq məlumat ötürməyə icazə vermir. Beləliklə, siz incognito rejimdə tapdığınız qiymətləri normal brauzerə daşımaqla real qiymətə alış veriş edə bilərsiniz.
 
Incognito rejimin bir üst səviyyəsi isə “Sandboxie” və buna bənzər alətlərdir. Bu alətlər brauzeri tamamilə kompyuterin sistemindən ayırır və kompyuterlə brauzer arasında data alış verişini kəsir. Bununla da etdiyiniz bütün əməliyyatlar məhz həmin alətlərin çərçivələri daxilində baş verir. Daha dəqiq desək, bu alətlər vasitəsilə proqramları kompyuterin yaddaşına yazmadan istifadə etmək mümkündür. Günümüzdə ən təhlükəsiz internet istifadəsi də məhz belə alətlər vasitəsilə təmin edilir.
 
# 742
avatar

Oxşar yazılar