[b]Rəqqasə Fatimənin qızının toyudur - VAXTI...[/b]
05 aprel 2019 15:00 (UTC +04:00)

[b]Rəqqasə Fatimənin qızının toyudur - VAXTI...[/b]

Azərbaycanlı rəqqasə Fatimə Fətəliyeva qızı Aydana iyunda toy edəcək.

Lent.az-ın məlumatına görə, rəqqasə bu barədə “Səhər-səhər” verilişində danışıb. O bildirib ki, qızı yayda gəlin köçəcək.


Qeyd edək ki, F.Fətəliyeva ötən ay qızını nişanlayan zaman Lent.az-a açıqlamasında bu sözləri demişdi: “Ən böyük arzularımdan biri bu günü görmək idi. Allah mənim qızımı və dəyərli kürəkənimi xoşbəxt eləsin. Toy hələ tezdir. Çünki hazırlaşmalıyıq. Yəqin ki, yayda olacaq. İndidən deyim ki, toyda media iştirak etməyəcək. Yəqin ki, bu qərarımdan heç kim inciməz. Qızım toyunun mediada işıqlandırılmasını istəmir. Qızımdan əlavə, yeni qohumlarımız da məclisinin mətbuatda yer almasını istəmir. Toyda iştirak edəcək məşhurlara da bəy və gəlinlə şəkil çəkdirməyə qadağa qoyulacaq. Bu qadağanı mən qoymuram. Qadağanı mənə qoyublar".

# 1223
avatar

Yalçın UĞUR

Oxşar yazılar