[b]General Rusiyaya meydan oxudu: “NÜVƏ İLƏ VURARIQ”[/b]
04 aprel 2019 17:51 (UTC +04:00)

[b]General Rusiyaya meydan oxudu: “NÜVƏ İLƏ VURARIQ”[/b]

Polşa Silahlı Qüvvələrinin generalı Vlademar Skşipçak Rusiyanın ölkəsinə təhdidlərindən bəhs edib.
 
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, general yerli mətbuata verdiyi açıqlamada Şimal ölkəsi barədə sərt danışıb.
 
Qeyd edib ki, əgər Rusiya Polşa ərazilərinə təcavüz edərsə, NATO-nun nüvə silahının işə düşəcəyini görəcək. 
 
 
ABŞ-ın ötən illərdə də lazımi anda “Qırmızı ordunu dayandırmaq” gücündə olduğunu deyən V.Skşipçak bu ölkənin hər zaman nüvə silahından istifadə etməyə hazır olduğunu bəyan edib.
 
Polşalı general qeyd edib ki, Avropa ölkələrinin heç bir təklikdə Rusiya qarşısında dura bilməz. O, əlavə edib ki, Polşanın NATO ilə hərbi ittifaqa qoşulması da məhz bu səbəbdən baş tutub.
 
# 1322
avatar

Oxşar yazılar