Litva Sovet dönəmində törədilmiş cinayətlərin soyqırımı kimi tanınmasını istəyir
04 aprel 2019 17:27 (UTC +04:00)

Litva Sovet dönəmində törədilmiş cinayətlərin soyqırımı kimi tanınmasını istəyir

Litvanın “Atayurdu İttifaqı-Litvanın Xristian Demokratları” müxalif yönümlü mühafizəkar partiyasının nümayəndələri Laurinas Kasçyunas və Audronyus Ajubalis hesab edirlər ki, Sovet dönəmində Litvaya qarşı törədilmiş cinayətlər Avropa İttifaqı səviyyəsində soyqırımı kimi tanınmalıdır.  
 
ONA xəbər verir ki, bu barədə “Sputnik Litva” parlament dəftərxanasına istinadən məlumat yayıb.
 
Bildirilir ki, bu ilin martın 12-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 1956-cı ildə partizan “meşə qardaşları"nın komandiri Adolfas Ramanauskas-Vanaqasın saxlanılması əməliyyatında iştirakına görə mühakimə olunan KGB-nin sabiq əməkdaşı Stanislav Drelinqasın şikayətini təmin etməyib. 2015-ci ildə Litva Stanislav Drelinqasın əməllərini “soyqırımı” kimi tanıyıb, çünki məhkəmənin fikrincə, partizanlar Litva xalqını təmsil edib və baş tutan əməliyyatın məqsədi milli qrupun məhv edilməsi olub. 
 
Audronyus Ajubalisin fikrincə, Strasburq Məhkəməsinin qərarı Sovet cinayətlərinə hüquqi və siyası qiymət verilməsində əhəmiyyətli rol oynayır: "Litva digər Mərkəzi Avropa və Baltik ölkələrini “Sovet soyqırımını” tanımağa çağırır, amma əleyhdarlar iddia edir ki, “soyqırımı” anlayışı Sovet terrorunu ifadə etmək üçün uyğun deyil.  Bəzi avropalı hüquqşünaslar hesab edir ki, sovet məmurları soyqırıma görə deyil, insanlığa qarşı cinayətlərə görə mühakimə edilməlidir”.  
# 527
avatar

Oxşar yazılar