<b>"Azərbaycan gözəli" seçilən qız <span style="color:red;">CANLI YAYIMDA  elə sözlər danışdı ki... - <span style="color:red;">VİDEO</b>
04 aprel 2019 17:42 (UTC +04:00)

"Azərbaycan gözəli" seçilən qız CANLI YAYIMDA elə sözlər danışdı ki... - VİDEO

“Azərbaycan gözəli – 2019”-un qalibi Melissa Nuriyeva təəssüratlarını bölüşüb.

 

Lent.az-ın suallarını cavablandıran M.Nuriyeva bildirib ki, bu yarışmaya qatıldığı ilk ildə qalib olub: “Dövlət qurumunda çalışıram. Modellik də sevdiyim, hobbi kimi yanaşdığım sahədir. Özümə güvənib bu yarışmaya qatıldım. Birinci olacağımı gözləmirdim. Münsiflərin və iştirakçıların rəyinə görə, mən qalib oldum. Münsiflər arasında dövlət işində, incəsənət sahəsində çalışan insanlar oturmuşdu. Finalda 13 iştirakçı var idi. Ona qədər isə 200 qız qatılmışdı. Onların içindən 1-ci yerə mən layiq görüldüm. Bu yarışda boya, çəkiyə, simaya - hər şeyə üstünlük verirdilər. Münsiflərin hərəsinin baxış tərzi fərqli idi. Mənim boyum 1.70 , çəkim isə 51 kiloqramdır. Münsiflər arasında modellər Rüstəm, İlqar Əliyev, kosmetoloq Cama və başqaları var idi.

 

Bir çoxları yazır ki, tapşırıq, sponsor sayəsində 1-ci yeri qazanmışam. Amma bu, belə deyil. Əgər elə imkanım olsaydı, dövlət qulluğunda irəli gedərdim”.

 

Model bildirib ki, yazılan tənqidlərə fikir vermir: “Tənqidləri oxumağa zamanım olmur. Amma rəylərin olması normaldır. Hər kəsin rəyinə hörmətlə yanaşıram”.

 

Görünüşündən də danışan Melissa qeyd edib ki, bu günə qədər heç bir dəyişiklik etdirməyib: “Saçım özümündür. Mənə elə gəlir ki, gözəllik yarışmasına qatılan qızlar təbii olmalıdır. Məndə süni heç nə yoxdur. Əməliyyatdan qorxuram. Ona görə də bu günə qədər hələ elə bir dəyişiklik etdirməmişəm. Bu günə qədər dərman da atmamışam. Üzümdə də süni nəsə yoxdur”.

 

Şəxsi həyatından danışan model vurğulayıb ki, hələ ailə qurmaq niyyətində deyil, əvəzində Azərbaycanı dünyada keçirilən digər gözəllik yarışmalarında təmsil etmək istəyir: “Planlarım hələ qarşıdadır. Bundan sonra Azərbaycandan kənarda nəsə müsabiqə olsa, təmsil edərəm. Dünyada keçirilən yarışmalara qatılmaq üçün günlər sərf etmək lazımdır. İşimdən imkan olsaydı, o müsabiqələrə də qatılardım. Azərbaycanda gözəl olmağı bacardım, bu, mənim üçün böyük fəxr idi. Hər zaman Azərbaycan qızları ilə fəxr etmişəm”.

 

 

 

 

 

 

 

 

 

# 5372
avatar

Yalçın UĞUR

Oxşar yazılar