“Manqurt” baş teatrda
04 aprel 2019 11:37 (UTC +04:00)

“Manqurt” baş teatrda

Aprelin 11-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının A.M.Şərifzadə adına səhnəsində “Manqurt” tamaşası oynanılacaq.

 

Lent.az-ın məlumatına görə, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı əsasında hazırlanan teatr tamaşasının bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

 

Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edəcək.

# 833
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar