[b]Ukraynada prezident seçkilərində Poroşenko İKİNCİ OLDU[/b]
04 aprel 2019 09:37 (UTC +04:00)

[b]Ukraynada prezident seçkilərində Poroşenko İKİNCİ OLDU[/b]

Ukrayna Mərkəzi Seçki Komissiyası martın 31-də keçirilmiş prezident seçkilərinin yekun nəticələrini açıqlayıb.
 
ONA-nın komissiyanın saytına istinadən verdiyi məlumata görə, ukraynalı aktyor Vladimir Zelenskiy səslərin 30,24 faizini toplayaraq birinci, hazırki prezident Pyotr Poroşenko isə 15,95 faizini toplayaraq ikinci olub. Hər iki namizəd aprelin 21-də keçiriləcək prezident seçkilərinin ikinci mərhələsində mübarizə aparacaq.
 
“Batkivşina” Partiyasının sədri Yuliya Timoşenko 13,4 faiz, “Həyat naminə-Müxalifət Platforması” Partiyasının sədri Yuriy Boyko 11,67 faiz, “Vətəndaş mövqeyi” Partiyasının lideri Anatoli Qritsenko 6,91 faiz  səs toplayıb.
# 1664
avatar

Oxşar yazılar