"Hücum qurmaqda çətinlik çəkdim" - Teymur Rəcəbov
03 aprel 2019 21:45 (UTC +04:00)

"Hücum qurmaqda çətinlik çəkdim" - Teymur Rəcəbov

 
"Oyunda fərqli gedişlər görmədik. Bərabər mübarizə getdi". 
 
ONA-nın məlumatına görə, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib. 
 
Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" surerturnirində IV turun oyunları keçirilib. Hesabat turunda qrossmeysterimiz Hollandiya təmsilçisi Aniş Giriylə heç-heçə oynayıb. 
T. Rəcəbov mətbuat konfransında nəticənin ədalətli olduğunu bildirib: "Heç kim üstünlük qazanmadı. Fiqurları dəyişsək belə vəziyyət düzəlmədi. Belə güclü turnirdə adətən risk az olur. Bu mənada heç-heçə qaçılmaz oldu".
 
Hollandiya təmsilçisi Aniş Giri də həmkarının dediklərini dəstəkləyib. Onun fikrincə, ağlarla oynamasına baxmayaraq hücum qurmaqda çətinlik çəkib: "Əslində, belə oyunlarda qara fiqurların qarşısını kəsməyi bacarıram. Hücum qurmaqda isə çətinlik çəkdim. Teymur səhv etmədi. Artıq gedişlərimiz təkrar olunacaqdı. Ona görə heç-heçə normal nəticədir. Hər bir şahmatçı qələbə qazanmaq istəyir, sadəcə həmişə istədiyini əldə etmək olmur".
# 698
avatar

Oxşar yazılar