[b]Əməkdar artistin eks-əri <span style="color:red;">İNTİHAR ETMƏK İSTƏYİR [/b]
03 aprel 2019 17:03 (UTC +04:00)

[b]Əməkdar artistin eks-əri İNTİHAR ETMƏK İSTƏYİR[/b]

Əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib.
 
Lent.az xəbər verir ki, o Media.Az-a gərgin vəziyyətində olduğunu və özünə qəsd etməyini hazır olduğunu bildirib.
 
“Uzun müddətdir ki, keçmiş həyat yoldaşım Lalə Məmmədova mənə qarşı aqressiya göstərir. O, mənə rahatlıq vermir, uşaqların alimentini ödəməyi tələb edir. Boşanandan sonra işimi itirmişəm, üstəlik anam dünyasını dəyişib” deyə, İlham Qafarov bildirib.
 
Onun sözlərinə görə, bu gün aliment üçün borcun ümumi məbləği səkkiz min manata çatıb:
 
“Borcun bir hissəsi ödənilir, amma bir dəfəyə pul ödəməyə imkanım yoxdur. Ayda 206 manat ödəmişəm, amma o, ödənişi qaldırmaq üçün məhkəməyə müraciət edib, indi isə məbləğ 308 manatdır. Bütün məhkəmələrdə ona yaşıl işıqdır”.
 
O, keçmiş həyat yoldaşının bir neçə mənzili olduğunu da qeyd edib:
 
“Lalə Məmmədova məni ümidsizliyə salır. Mən ya həbsxanaya getmək, ya da intihar etmək məcburiyyətindəyəm, başqa bir yol yoxdur. Borcumu dərhal ödəməyə hazır deyiləm. Ödəməkdən imtina etmirəm, borcumu qismən ödəməyə hazıram” deyə, Qafarov bildirib.
 
Qeyd edək ki, Lalə Məmmədov və İlham Qafarov 2004-cü ilin aprel ayında ailə qurublar. Cütlüyün Nərgiz və Çinara iki qızı var. Onlar 2013-cü ildən ayrılıblar.
 
Məsələ ilə bağlı Lalə Məmmədova ilə əlaqə saxlamaq istəsək də, o, hazırda Amerikada olduğundan zənglərimizə cavab verə bilməyib.
# 1281
avatar

Oxşar yazılar