Azərbaycan gözəlini <span style="color:red;">BİABIR ETDİLƏR
03 aprel 2019 16:42 (UTC +04:00)

Azərbaycan gözəlini BİABIR ETDİLƏR

Bu gün mətbuatda  “Azərbaycan gözəli – 2019” yarışmasının sonlandırılması və qalibinin məlum olması ilə bağlı xəbər yayılıb.

 

Lent.az-ın məlumatına görə, “Show news” verilişində “Şou prodakşn”  yarışmanın qalibinin adı açıqlanıb. 

 

“Azərbaycan gözəli – 2019”-un qalibinin Melissa Nuriyeva olduğu bildirilib və xanımın görüntülərinin yayılmasından sonra sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb.

 

İnsanlar xanımın görüntüsünün verilmiş ada layiq olmadığını, yarışmanın hansı şərtlərlə keçirilməsi ilə bağlı narazılıqlarını ifadə ediblər.

 

Bəs Azərbaycanda bu cür yarışmalara Mədəniyyət Nazirliyi tərəfindən hər hansı bir nəzarətin həyata keçirilməsi, tənzimlənməsi mümkündürmü?

 

Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov Lent.az-a bildirib ki, nazirlik hansısa bir şirkətin şəxsi təşəbbüsü ilə keçirdiyi yarışmalara qarışmır: “Nazirlik özü təşəbbüs etmədiyi, keçirilməsinə dəstək vermədiyi yarışma, müsabiqələrlə bağlı heç bir fikir və təkliflərini irəli sürmür. Məsələn, nazirlik “Muğam müsabiqəsi” keçirir. Biz bu yarışma ilə bağlı gələn iradlara fikrimizi bildirə bilərik. Hansısa bir gözəllik yarışması ilə bağlı bir söz deyə bilmərik”.    

 

Qeyd edək ki, facebook sosial şəbəkəsində izləyicilər “gözəllə” bağlı öz rəylərini paylaşıb.

 

Onların bəzilərini təqdim edirik: Məsələn, medianın tanınmış isimləri: Elçin Alıoğlu - Miss Azərbaycan-ın qalibləri özüyeriyən vicdan əzabına oxşasalar da, eyb etməz. Əsas odur ki, ürəkləri təmiz olsun, İlham Muradov-bu lap Qoqolun “ВИЙ” əsərindəki ifritəyə bənzəyir, gecə kimin qarşısına çıxsa qorxudan onun ağzı əyilər; Fərid Azəri adlı istifadəçi: “Sizin gözəllik anlayışınıza asqırsınlar”. 

 

Adi istifadəçilər isə daha qəzəbli görsənirlər: 

 

Gulnara Naqieva-mamedova: Konçita Vurstun bacısıdı bu)))),

 

Kamil Kamil: Yetim səf  yazib eee, gözəli yox, eybəcəri yazmaq istəyib. Azəribaycanda elə qizlar var ki, dirnağı bundan gözəldi.

 

Rəşad Həsənzadə: Heç olmasa gözəllik seçimini düzgün seçin dəə... O birilər cəhənnəm, bu baxan kimi bilinir axı!!!

 

Samir Qəribov: Ona görə də bizim gözəl qızlar dünyada yer tuta bilmirlər. Bu nə gündədir, nənəm bundan yaxşıdır ki...

 
Esmira Huseynli: Neynir eləsin, bircə ölkə xaricində təmsil etməsin bizi;
 
 
Zitara Cənnətli: Vay... bizdə bu konkursun keçirilmə tarixində hələ beləsi olmamışdı;
 
 
Cavid Mecidov:  A kişi, danadişiyə oxşayır ki, bu və s. rəylər yer alıb.

 

# 8419
avatar

Oxşar yazılar