[b]Bakı klubu ölkə çempionatından kənarlaşdırıldı[/b]
03 aprel 2019 14:01 (UTC +04:00)

[b]Bakı klubu ölkə çempionatından kənarlaşdırıldı[/b]

"Yasamal” MFK klubu futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasından kənarlaşdırılıb.
 
ONA-nın xəbərinə görə, bu qərar AFFA-nın İntizam Komitəsində qəbul olunub.
 
Yığıncaqda Bakı təmsilçisinin “Araz”la matça gəlməməsi müzakirə olunub. Nominal qonaqlara oyunda iştirak etmədiyinə görə 0:5 hesablı texniki məğlubiyyət verilib. 
 
Bu hal 3-cü dəfə təkrarlandığına görə klub yarışlardan kənarlaşdırılıb.
# 566
avatar

Oxşar yazılar