<b>Avropa İttifaqı razılıq verdi: <span style="color:red;">Azərbaycan qazının... </b>
03 aprel 2019 13:18 (UTC +04:00)

Avropa İttifaqı razılıq verdi: Azərbaycan qazının...

Avropa Komissiyası Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi üçün 33 milyon avro vəsaitin ayrılmasına razılıq verib.
 
Bu barədə Avropa Komissiyasından bildirilib.
 
Məlumatda qeyd olunur ki, vəsait Yunanıstanın Komotini şəhəri ilə Bolqarıstanın Stara Zaqora şəhəri arasında 182 kilometrlik trans-sərhəd qaz magistralının tikintisinə yönəldiləcək:
 
“IGB ümumi maraq kəsb edən Avropa layihəsidir. İki ölkənin qaz sistemləri ilk dəfə birləşəcək və bu, regionda enerji mənbələrini şaxələndirməklə enerji təhlükəsizliyini artıracaq. Qaz bazarında rəqabətin artması ilə istehlakçılar daha ucuz qaz ala biləcəklər”.
(trend)
# 948
avatar

Oxşar yazılar