<b><span style="color:red;">NATO  Qara dənizə girir – Bu gün <span style="color:red;">QƏRAR  veriləcək</b>
03 aprel 2019 11:48 (UTC +04:00)

NATO Qara dənizə girir – Bu gün QƏRAR veriləcək

NATO Qara dənizlə bağlı hazırladığı "tədbirlər paketi"ni açıqlayıb. 
 
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, NATO sözügedən planını Qara dənizdəki Ukrayna gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədilə reallaşdıracaq.
 
 
Bununla bağlı qərar bu gün Vaşinqtonda başlayan NATO xarici işlər nazirlərinin birgə keçiriləcək iclasında qərar qəbul edilə bilər. 
 
Xatırladaq ki, Donald Tramp NATO baş katibi ilə danışıqlar zamanı Ukraynadan narahatlığını diqqətə çatdıraraq müvafiq müdafiə tədbirlərinin zəruriliyini vurğulamışdı.
 
ABŞ-ın alyans təmsilçisi Key Beyli Hatçhinson xarici jurnalistlər üçün keçirdiyi birifinqdə danışarkən qeyd edib ki, həqiqətən də belə bir qərarın gerçəkləşdirilməsi gündəmdədir:
 
"Bu, Qara dəniz  bölgəsində hava razılaşmasının genişlənməsinə, o cümlədən hava kəşfiyyatını gücləndirəcək bir paketdir. Bir sözlə, məqsəd Ukrayna gəmilərinin təhlükəsiz şəkildə Kerç boğazından keçidini təmin etməkdir. Bunun üçün NATO ölkələri Qara dənizə daha çox gəmi göndərməsini təmin etmək niyyətindədir".
 
Bir sıra politoloqlar NATO-nun bu addımını yeni bir anti-Rusiya gedişi kimi qiymətləndirib. 
 
 
# 915
avatar

Oxşar yazılar