Dünyanın ən iri mayeləşdirilmiş təbii qaz tankeri - Çində inşa olunacaq
03 aprel 2019 11:15 (UTC +04:00)

Dünyanın ən iri mayeləşdirilmiş təbii qaz tankeri - Çində inşa olunacaq

Çinin Şanxay şəhərindəki “Hudong-Zhonghua” gəmiqayırma zavodunda dünyanın ən iri mayeləşdirilmiş təbii qaz (LNG) tankeri inşa olunacaq.
 
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Şanxayda keçirilən 19-cu beynəlxalq LNG sərgisində məlumat verilib.
 
Norveçli mütəxəssislərlə birgə inşa olunacaq tanker 270 min kubmetr LNG daşımaq imkanına malik olacaq. Tankerin layihəsi və texniki-iqtisadi əsaslandırması gələn ilin sonuna hazır olacaq. Amma onun nə vaxt istismara veriləcəyi tarix barədə məlumat yoxdur.
 
Qeyd edək ki, son illər Çində təbii qaz, o cümlədən LNG idxalı sürətlə çoxalır. Ötən il 53 milyon tonu LNG olmaqla, ümumilikdə, 90,385 milyon ton təbii qaz idxal edən Çin bu göstərici ilə Yaponiyanı qabaqlayaraq, dünyada ən böyük “mavi yanacaq” idxalçısına çevrilib. İri tutumlu tankerlərin inşası da ölkənin təbii qaz tələbatına dəstək məqsədi daşıyır.
 
Hazırda dünyada ən iri LNG tankeri Qətərə məxsus “Mozah”dır. O, 2007-ci ildə istismara verilib və 266 min kubmetr maye qaz tutumuna malikdir.
# 761
avatar

Oxşar yazılar