Gənc Tamaşaçılar Teatrında “Qızıl balıq”
03 aprel 2019 11:44 (UTC +04:00)

Gənc Tamaşaçılar Teatrında “Qızıl balıq”

Gənc Tamaşaçılar teatrında Pərvinin “Qızıl balıq” (A.S.Puşkinin  “Balıqçı və balığın nağılı” əsərinin motivləri  əsasında) pyesi əsasında eyniadlı tamaşanın məşqlərinə başlanıb. 
 
Teatrdan Lent.az-a  verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir. Səhnə tərtibatı Reyhan Aslanova və Şahin Hüseynliyə aiddir. Tamaşada əsas rolları əməkdar artistlər Elşən Rüstəmov, Elnur Hüseynov, Kəmalə Hüseynova, Zemfira Əbdülsəmədova, aktyorlar Asya Atakişiyeva, İlahə Əmirxanova, İmran Qurbanov, Nuranə Hüseynova, Könül Əbilova, Xaliq Bəkirov, Nurlan Süleymanlı canlandıracaqlar. 
 
Qeyd edək ki, tamaşanın premyerası may ayının ilk ongünlüyünə nəzərdə tutulub.
# 1030
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar