Böyük Britaniya kəşfiyyatı rəhbərinin oğlu avtomobil qəzasında öldü
02 aprel 2019 18:45 (UTC +04:00)

Böyük Britaniya kəşfiyyatı rəhbərinin oğlu avtomobil qəzasında öldü

Böyük Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin (“MI6”) rəhbəri Aleks Yanqerin oğlu Sem Yanqer avtomobil qəzasında ölüb.
 
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sterlinqşerdə baş verən qəzada polis şübhəli halın olmadığını deyib.
 
Qəzanın səbəbləri araşdırılır.
 
Qeyd edək ki, 1909-cu ildə yaradılan Gizli Kəşfiyyat Xidmətinə 2014-cü ilin noyabrından Aleks Yanqer rəhbərlik edir.
# 515
avatar

Oxşar yazılar